13:24 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
7310

Bir yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adını şəhidimiz özü vəsiyyət edib: Ona atamın adını verərsiz!

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 8 yanvar — Sputnik. Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan Əmrah Əliyevin ikinci övladı dünyaya gəlib. Tovuz rayonun Dondar Quşçu kənd sakini Əmrah Əliyevin ikinci övladı da oğlandır. Bir yaşlı Adəmdən sonra dünyaya gələn balaca igidin adını şəhidimiz özü vəsiyyət edib. Şəhidimizin həyat yoldaşı Leyla Əliyeva Rüfəti hərbçi kimi böyüdüb, həyat yoldaşının arzusunu yerinə yetirəcəyini deyib:

  • Şəhid olan Əmrah Əliyevin ikinci övladı
    © Sputnik / Ilham Mustafa
  • Şəhid olan Əmrah Əliyevin ikinci övladı
    © Sputnik / Ilham Mustafa
  • Şəhid olan Əmrah Əliyev
    © Sputnik / Ilham Mustafa
  • Şəhid Əmrah Əliyev
    © Sputnik / Ilham Mustafa
1 / 4
© Sputnik / Ilham Mustafa
Şəhid olan Əmrah Əliyevin ikinci övladı

"Övladının adını özü qoymaq istəyirdi. Müharibəyə yollananda dedi oğlum olsa atamın adını qoyarsız. Bu gün onun vəsiyyətini yerinə yetirərərk Rüfət adı verdik"-deyə bildirib.

Balaca Rüfət yeni ilin ilk günündə 3 kq 800q ağırlığında dünyaya gəlib. Şəhidin anası Zahidə Əliyeva ana və övladın sağlamlığı qaydasında olduğunu söyləyib:

"Müharibə başlayanda dayana bilmədi. Dedi mən gedirəm müharibəyə. Özünün 2 texnikası varıydı. Atdı getdi. Dedim sənin övladın dünyaya gələcək. Dedi dayana bilmərəm. Xocavənd döyüşlərində şəhid xəbəri gəldi", - deyə məlumat verib.

Qeyd edək ki Əmrah Əliyev noyabrın 9-da Xocavənd rayonu uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əsas mövzular