BAKI, 29 dekabr - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sputnik Azərbaycan xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.
“Laçının azad olunmasına görə” medalı ilə təltif edilən hərbi qulluqçuların adlarına prezident.az saytındakı bu linkə keçid edərək baxa bilərsiz.