14:19 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

 

BAKI, 28 dekabr — Sputnik. Milli Məclisin payız sessiyasının növbəti iclası 29 dekabrda keçiriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, büdcə zərfinin müzakirələri sabahkı iclasda üçüncü oxunuşda davam etdiriləcək.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında 2021-ci il dövlət və icmal büdcənin layihələri müzakirəyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1303,0 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1208,9 milyon manat və yaxud 5,0 faiz çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 faiz) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və ya 3,8 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4117,1 milyon manat və ya 16,9 faiz çoxdur.

 

Əsas mövzular