16:52 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

 

BAKI, 25 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Sosial müavinətlər haqqında" qanuna dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsinə əsasən, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət veriləcək.

Hərbi qulluqçuların uşaqlarına sosial müavinət şəxs müddətli həqiqi hərbi xidmətdə olduqda təyin olunacaq.

Qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqda və ya vəfat etdikdə müavinətlərin ödənişi dayanacaq.

Qanuna dəyişiklik 2021-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Əsas mövzular