18:45 20 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562
XƏBƏRLƏR
Qısa URL
6 0 0

Çətin həyat şəraitində olan müəyyən yaşayış yeri olmayan şəxslərin Reabilitasiya Şöbəsinə 2020-ci ilin dekabr ayının 17-nə qədər 7 nəfər gətirilib.

BAKI, 25 dekabr — Sputnik. Hazırda Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində qeydiyyatda olan 71 sakin yaşayır. Onlardan 22-i qadın, 49-u isə kişidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov Sputnik Azərbaycan-a bildirib ki, çətin həyat şəraitində olan müəyyən yaşayış yeri olmayan şəxslərin Reabilitasiya Şöbəsində 10 nəfəri qadın olmaqla 42 sakin var. Onun sözlərinə görə, baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Reabilitasiya şöbəsində 13 sakin var ki, onlardan 6-i qadın, 7-i kişidir:

"Çətin həyat şəraitində olan müəyyən yaşayış yeri olmayan şəxslərin Reabilitasiya Şöbəsinə 2020-ci ilin dekabr ayının 17-nə qədər 7 nəfər gətirilib. Onlardan 2-si qadın 5-i isə kişidir. Son bir həftədə müəssisəyə 2 nəfər (kişi) gətirilib".

M.Həşimov qeyd edib ki, COVID-19 təhlükəsi ilə əlaqədar şəxslər müəssisəyə yerləşdirilməzdən əvvəl karantin zonası kimi fəaliyyət göstərən şöbəyə yerləşdirilir: "Burada lazımi testlərdən keçirilir və 14 gün karantində saxlanıldıqdan sonra müəssisənin müvafiq şöbəsinə yerləşdirilirlər. Hazırda karantin zonası kimi fəaliyyət göstərən şöbədə yerləşdirilənlərin sayı 16 nəfərdir. Onlardan 6-sı qadın, 10-u kişidir. Müəssisədə yerləşdirilən şəxslər gündəlik 3 dəfə normal qidalanma ilə təmin edilir və digər zəruri xidmətlər göstərilir".

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, reabilitasiya

Əsas mövzular