16:02 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
17 0 0

Kitabda böyük Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Səməd Vurğun və ümumilikdə 34 ədib haqqında məlumat və əsərlərindən nümunələr verilib.

BAKI, 22 dekabr — Sputnik. Özbəkistanda "Qardaş türk xalqları ədəbiyyatı" seriyasından Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin müəllimi, dosent Adxambek Alimbekovun "Azərbaycan ədəbiyyatı" kitabı özbək dilində çap olunub.

Sputnik Azərbaycan xəbər verir ki, kitabda böyük Azərbaycan şairləri Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Hüseyn Cavid, Səməd Vurğun və ümumilikdə 34 ədib haqqında məlumat və əsərlərindən nümunələr verilib.

Nəsr hissəsində Anar, Yunus Oğuz, Firuz Mustafa, Elçin Hüseynbəyli, Kamil Əfsəroğlu, Yaşar, Əzizə və Pərvinin hekayələri çap olunub.

Kitab həm universitetlərin filologiya fakültələrində dərs vəsaiti kimi, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Əsas mövzular