05:58 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
16 0 0

O, yeni ştammın Rusiya da daxil olmaqla bir çox ölkədə yayıldığını, ancaq daha az araşdırma aparıldığı üçün aşkar edilmədiyini də qeyd edib.

BAKI, 22 dekabr — Sputnik. "COVID-19-un müəyyən edilmiş yeni növü virusdan ölümü artırmır. Koronavirusun yeni variantlarının ölümü artıracağı ehtimalı da yoxdur, çünki bu virus üçün "zərərli"dir.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Corc Meyson universitetinin Sistemli Biologiya Məktəbinin professoru Ança Baranova danışıb.

"Virusun yeni variantından ölüm artımı yoxdur. Ancaq virusun daha təhlükəli olmayacağına da zəmanət yoxdur. Virusun təkamülü prosesi hələ də virusun təhlükəsinin azalmasına səbəb olur, çünki bu koronavirusun yayılmasına imkan verir. Əgər virus birdən Ebola kimi ölümcül hala gələrsə, virus başqa bir insana keçməyə vaxt tapmadan insan tez bir zamanda pisləşib ölə bilər. Koronavirus baxımından isə bu uzaqgörən strategiya deyil", – deyə Baranova izah edib.

O, yeni ştammın Rusiya da daxil olmaqla bir çox ölkədə yayıldığını, ancaq daha az araşdırma aparıldığı üçün aşkar edilmədiyini də qeyd edib.

Həkimin fikrincə, pandemiya zamanı ölüm nisbətlərində artım müşahidə edilməyib. Bu, nəzərə alındıqda isə, məlum olur ki, virusdakı mutasiyalar yayılma qabiliyyətini artırır, ancaq insanlar üçün təhlükəni daha da artırmır.

Xatırladaq ki, bir müddət əvvəl Böyük Britaniyada SARS-CoV-2 koronavirusunun yeni bir mutasiyası aşkar edilib. İlkin hesablamalara görə, virusun yeni ştammı adi ilə müqayisədə 70% daha çox yoluxucu ola bilər, ancaq ölüm və ya xəstəxanaya yerləşdirmə baxımından daha təhlükəli olduğuna dair heç bir fakt yoxdur.

Əsas mövzular