Ermənistandakı Tibb mərkəzinin direktoru Anatoli Qnuni hələlik baş nazirin atasının ölümü barədə məlumatı nə təsdiq, nə də təkzib edib.
BAKI, 16 dekabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyanın atası Vova Paşinyan ölüb. Bu barədə Sputnik Ermənistan Yerevanda yerləşən Nairi tibb mərkəzində olan mənbəyə istinadən xəbər verir.
Məlumata əsasən Nikol Paşinyanın atası 81 yaşında uzun müddət davam edən xəstəlikdən ölüb.
Bu arada tibb mərkəzinin direktoru Anatoliy Qnuni hələlik bu məlumatı nə təsdiq, nə də təkzib edib.
Hazırda orta hesabla 6 saatı yola sərf etdiyimizi nəzərə alsaq, aylıq olaraq bu rəqəmin azı 120 saat olduğunu deyə bilərik. Bu isə o deməkdir ki, gündəlik olaraq ictimai nəqliyyatdan istifadə edən şəxslər təkcə son 5 ayda 600 saatını yola sərf edib.
Sağlamlıq və inkişaflarına olan riskdən başqa, qızların 18 yaşdan tez nikaha daxil olmaları onları həm də fiziki, cinsi və psixoloji zorakılıq qurbanına çevirə bilər.
Rusiya XİN: Biz Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, həmçinin iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırıq.