Azərbaycanda aylıq maaşı 9500 manat olan yerə işçi axtarılır

© Sputnik Grigoriy SyisoevПортфель чиновника, фото из архива
Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Süni zəkanın köməkliyi ilə iş axtaranlara vakansiya, işçi axtaranlara isə müvafiq əməkdaş insan müdaxiləsi olmadan təklif olunacaq.

BAKI, 16 dekabr - Sputnik. Hazırda Azərbaycanın vakansiya bankında 30 minə yaxın iş imkanı mövcuddur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli Report-a bildirib. 

O qeyd edib ki, vakansiyalar üzrə əməkhaqqı 250 manatdan 9 500 manatadək dəyişir:

"İstənilən şəxs öz bilik və bacarığına uyğun vakansiya seçib göndəriş formalaşdıra bilər. Göndərişlərin işsiz şəxsə uyğunluğu məşğulluq mərkəzləri tərəfindən təsdiq edilərək işəgötürənlərə yönləndirilir”.

Xidmət rəisi qeyd edib ki, yaxın vaxtlarda vakansiya bankı yeni innovativ yanaşma ilə fəaliyyət göstərəcək: "Süni zəkanın köməkliyi ilə iş axtaranlara vakansiya, işçi axtaranlara isə müvafiq əməkdaş insan müdaxiləsi olmadan təklif olunacaq".

Xəbər lenti
0