16:20 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
3910

Erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılığa əsasən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.

BAKI, 14 dekabr - Sputnik. Azərbaycanla Ermənistan arasında dekabrın 14-dən əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb.

Sputnik Azərbaycan Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumata istinadla bildirir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatların, eləcə də Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. Cari il dekabrın 14-dən əsir və girovların qarşılıqlı qaytarılmasına start verilib.

Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaq.

Teqlər:
Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluğu, Dilqəm Əsgərov, girovlar, hərbi əsirlər, əsirlərin mübadiləsi, Beynəlxalq Qırmızı Xaç Komitəsi

Əsas mövzular