15:06 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
XƏBƏRLƏR
Qısa URL
34 0 0

Psixoloji dəstək tədbirlərinə ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar keçirilir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 dekabr — Sputnik."Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid ailələri, müharibədə yaralanmış şəxslər və onların ailə üzvlərinə psixoloji dəstək tədbirlərini davam etdirir. Psixoloq və psixiatrlardan ibarət qruplar son günlərdə 1100-dən çox ailə ilə görüşüblər. Psixoloji dəstək tədbirlərinə ehtiyacı olan ailələrə psixokorreksiya işləri üzrə seanslar keçirilir. Həmçinin ilkin diaqnostikadan sonra bir çox şəxslərə ehtiyaclarına uyğun ödənişsiz dərman preparatları verilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanıda fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyindən Sputik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, noyabrın 19-dan fəaliyyətə başlayan "Onlayn psixoloji dəstək xidməti"nə (050 406 75 85) isə 300-ə qədər zəng daxil olub. Müraciətlərin məzmununa uyğun olaraq psixoloqlar vətəndaşlara dəstək yönümlü xidmətlər göstəriblər. Hazırda bu istiqamətdə işlər davam etdirilir:

44 günlük müharibə dövründə də Agentlik erməni təxribat və terrorundan zərər çəkən şəxslərlə, ailələrlə görüşərək, onlara ehtiyac duyduqları psixoloji xidmətləri göstərib. Həmçinin ailələrin sosial vəziyyətləri qiymətləndirilib, ehtiyac duyduqları sosial dəstək tədbirləri müəyyənləşdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin post müharibə dövrü üzrə psixoloji dəstək tədbirləri itkin düşmüş hərbçilərin ailələrini də əhatə edir.

"Belə ki, son günlərdə Agentliyin psixoloq və psixiatrlardan ibarət qrupları Bakı, Abşeron, Sumqayıt, Quba, Xaçmaz, Qazax, Gəncə, Tovuz, Şamaxı, Masallı, Füzuli şəhər və rayonları üzrə 19 itkin ailəsi ilə görüşüblər. Onlardan psixoloji yardıma ehtiyacı olan 13 ailə ilə müvafiq istiqamətdə işlər aparılır", - deyə verilən məlumatda bildirilib.

Bundan başqa, sorğunuza cavab olaraq bildirilib ki, itkin düşmüş hərbçilərimizin ailələrinə psixoloji dəstək tədbirləri çərçivəsində Agentliyin psixoloq və psixiatrlardan ibarət qrupu əsir düşən hərbçilərimiz Musayev Amin Alim oğlu və Kərimov Bayram Yaşar oğlunun da ailəsi ilə görüşüblər: "Hər iki ailənin psixoloji vəziyyəti təhlil edilib, qiymətləndirilib. Ailələrə psixoloji dəstək prosesi həyata keçirilir".

Əsas mövzular