15:36 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
13 0 0

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır.

BAKI, 11 dekabr — Sputnik. Sulutəpə dairəsində tıxac və ləngimələri aradan qaldırmaq üçün yeni yol qovşağının inşası sonuncu mərhələ üzrə aparılır.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qovşaq 2 yol ötürücüsündən ibarətdir. Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edən avtonəqliyyat vasitələrinin dairədə sıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək. Bununla da sözügedən dairədə xüsusən günün pik saatlarında müşahidə olunan tıxac və ləngimələr tam aradan qaldırılmış olacaq.

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edir. Sözügedən körpülərin dayaqları və aşırım hissəsinin monolit dəmir-betonla inşası artıq yekunlaşıb. Hazırda körpülərə yanaşma yollarının inşası işləri görülür.

  • Sulutəpə dairəsində yeni qovşağının inşası
    © Azerbaijan Highway State Agency
  • Sulutəpə dairəsində yeni qovşağının inşası
    © Azerbaijan Highway State Agency
  • Sulutəpə dairəsində yeni qovşağının inşası
    © Azerbaijan Highway State Agency
1 / 3
© Azerbaijan Highway State Agency
Sulutəpə dairəsində yeni qovşağının inşası

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası da nəzərdə tutulurdu ki, bu istiqamətdə işlərin böyük hissəsi icra olunaraq yekunlaşdırılıb.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Əsas mövzular