23:25 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
11 0 0

TƏV təltifləri haqqında məlumat verən İmdat Avşar qeyd edib ki, Vəqfin İdarə Heyətinin bu il oktyabrın 10-da keçirilmiş toplantısında, 2020 ilində veriləcək ödüllər və ödül veriləcək isimlərlə bağlı qərar qəbul edilib.

BAKI, 8 dekabr — Sputnik. Qardaş Türkiyənin nüfuzlu qeyri-hökumət təşkilatlarından olan Türk Ədəbiyyatı Vəqfinin (TƏV) nümayəndə heyəti bugünlərdə Bakıda səfərdə olub. TƏV başqanı Serhat Kabaklı, "Türk Ədəbiyyatı" dərgisinin Baş yayın direktoru Bəxtiyar Aslan, TƏV-in hüquqşünası Özgür Noyan və TƏV müdiri İmdat Avşarın daxil olduğu nümayəndə heyətinin Bakı səfəri çərçivəsində vəqfin 2020-ci il mükafatları və "fəxri üzvlük" baratı təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, TƏV-in 2020-ci il üçün "Yaşayan Dədə Qorqud" mükafatı Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlıya, bu il ilk dəfə verilən "Türk dünyasına üstün xidmət" mükafatı isə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva təqdim edilib.

Araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı isə TƏV-in fəxri üzvü seçilib.

Təqdimat COVID-19 pandemiyası ilə bağlı məhdud tərkibdə keçirilib.

TƏV təltifləri haqqında məlumat verən İmdat Avşar qeyd edib ki, Vəqfin İdarə Heyətinin bu il oktyabrın 10-da keçirilmiş toplantısında, 2020 ilində veriləcək ödüllər və ödül veriləcək isimlərlə bağlı qərar qəbul edilib. Bəlli olduğu kimi Vəqfin 2018-ci ilindən bu yana türk dünyası nəzdində "Yaşayan Dədə Qorqud" mükafatı verilməkdədir. İdarə heyətinin bu il bir də "Türk dünyasına üstün xidmət ödülü" təsis edilib.

"Bu il birincisi verilən bu mükafatın Azərbaycan Milli Məclisinin üzvü, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya verilməsi uyğun görülüb. Bu zaman onun Türk dünyasının qanayan yaralarını bir çox beynəlxalq platformda gündəmə gətirməsi, keçirdiyi konfranslar, icra etdiyi layihələr səbəbiylə türk dövlətlərində böyük sevgi qazanması, işğalçı Ermənistana qarşı Azərbaycanın haqlı mübarizəsinə töhfələr verdiyi, "Mən", "Sən", "O", "Allah sevən qəlblərdədir", "Qarabağ hekayələri", "Turan yolçusu", "Vətən qoxusu" kimi kitabların müəllifi olduğu nəzərə alınıb".

Ödülü Komitə sədrinə TƏV başqanı Sərhat Kabaklı təqdim edib.

Qənirə Paşayeva təşəkkür edərək, bu anlamla ödülün şərəfi qədər məsuliyyəti də olduğunu deyib: "Məni bu il birincisi verilən "Türk dünyasına üstün xidmət" mükafatına layiq gördüyünüz üçün hörmətli Serhat bəy, şəxsən Sizə, Bakıya səfər edən heyət üzvlərinin hər birinə, eləcə də, Türk Ədəbiyyatı Vəqfinin bütün üzvlərinə, əməkdaşlarına könül dolusu təşəkkürlərimi bildirirəm. Azərbaycanla Türkiyə iki bədəndə bir candır. Ruhumuz birdir. Biz bu birliyi, 44 günlük Azərbaycan Böyük Vətən müharibəsində bütün mənəvi, siyasi aspekti ilə bir daha gördük. Mən Türk Ədəbiyyatı Vəqfinin ödülünü də bu can və ruhla qəbul edirəm. Bu ödülü, şəhidlərimizin əziz ruhu qarşısında baş əyərək, onların ruhuna ehtiramımı bir daha ifadə edərək qəbul etməyi özümə borc bilirəm".

İmdat Avşar "Yaşayan Dədə Qorqud ödülü"nün bu il Milli Məclisin deputatı, Xalq şair Sabir Rüstəmxanlıya verildiyini qeyd edərək, onun xidmətlərindən söz açıb. Mükafatı Xalq şairinə TƏV başqanı Serhat Kabaklı təqdim edib.

Daha sonra, TƏV İdarə heyətinin qərarı ilə Əkbər Qoşalının Vəqfin fəxri üzvü seçildiyini bildirən İmdat Avşar, bu qərarın, onun türk xalqları ədəbiyyatçıları arasında əlaqələrin qurulması, türk dünyasının istedadlı gənc yazarlarının üzə çıxarılması kimi xidmətləri nəzərə alınaraq verildiyini bildirib. Əkbər Qoşalının baratını TƏV başqanı Sərhat Kabaklı təqdim edib.

Teqlər:
Koronavirus, COVID-19, millət vəkili Qənirə Paşayeva, Qənirə Paşayeva, Türkiyə

Əsas mövzular