08:10 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
XƏBƏRLƏR
Qısa URL
24 0 0

Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 9 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 8 dekabr — Sputnik. Misirin "Nile1" informasiya portalında Azərbaycan Dövlət Tərcümə Mərkəzinin müasir Azərbaycan ərazilərində əsrlər boyu yaşamış albanların qədim tarixindən, azəri türkləri ilə birgə yaşayışı və ortaq mədəniyyətindən, 1836-cı il martın 11-də Rusiya imperatoru I Nikolayın fərmanı ilə erməni qriqorian Kilsəsinin tabeliyinə verilmiş Alban Həvvari Kilsəsinin sonradan məkrli erməniləşdirmə siyasəti ilə saxtalaşdırılmasından bəhs edən "Alban kilsələri – tariximizin qədim izləri" adlı sənədli videoçarxı haqqında geniş material yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, portalın baş redaktoru Mahmud Diabın hazırladığı materialda tarixi məxəzlərə söykənərək Qafqaz Albaniyasının tarixindən, ermənilərin Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsi olan alban məbədlərini mənimsəməsindən, eramızın I əsrində bu torpaqlara Qüds və Suriyadan ilk xristian missionerlərin gəlişindən və kilsələrin məhz xristian albanlar tərəfindən tikilməsindən bəhs edilir. Qeyd olunub ki, 1836-cı ildə rus çarı I Nikolayın fərmanı ilə alban apostol kilsəsi erməni qriqorian kilsəsinə tabe etdirildi və bundan sonra həmin məbədlər sonuncuların adına çıxıldı.

Sonda vurğulanıb ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, Ukrayna, ispan və alman dillərində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib. Azərbaycanın Misirdəki səfirliyi də onun KİV-də yayılmasını təmin edir.

Teqlər:
Misir, Qafqaz Albaniyası, alban məbədi, Albaniya, alban

Əsas mövzular