21:06 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
XƏBƏRLƏR
Qısa URL
3110

Donordan transplantasiya üçün ürək, ağciyər, böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

BAKI, 8 dekabr — Sputnik. Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanda meyit donordan transplantasiya məqsədilə götürülə biləcək orqanlar müəyyənləşib.

Qanuna əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

Qanunda həmçinin Azərbaycanda canlı donordan transplantasiya məqsədilə götürüləcək orqanların siyahısı da qeyd olunub. Bildirilib ki, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzinin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.

Qanun 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minir.

Teqlər:
qanun, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İlham Əliyev, orqan, transplantasiya, donor

Əsas mövzular