18:18 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
42 0 0

Koronavirus böhranının dolların məzənnəsinə göstərdiyi təsir müxtəlif şəhərlərdə yaşayış xərclərinin artmasına səbəb olan əsas amil kimi xarakterizə edilir.

BAKI, 22 noyabr - Sputnik. Dünyanın ən bahalı şəhərlərinin siyahısı açıqlanıb. “The Economist” jurnalının hazırladığı siyahıya görə, Honkonq metropolu, Paris və Sürix dünyanın ən bahalı şəhərləri hesab edilir.

Sputnik Azərbaycan xəbər verir ki, “2020-ci il üçün dünyanın yaşayış xərcləri hesabatı” adlı siyahıda Sürix şəhəri ötən illərdəki mövqeyini xeyli yaxşılaşdırıb. Bu, ilk növbədə, İsveçrə frankının koronavirus böhranı səbəbindən ABŞ dolları qarşısında dəyərini artırması ilə izah olunur.

Koronavirus böhranının dolların məzənnəsinə göstərdiyi təsir müxtəlif şəhərlərdə yaşayış xərclərinin artmasına səbəb olan əsas amil kimi xarakterizə edilir. Paris və Sürixin də siyahıda irəliləməsi məhz avro və frankın dollara nisbətdə güclənməsinin nəticəsidir.

Siyahıda sonrakı yerləri Sinqapur, Osaka, Təl-Əviv şəhərləri tutur. İlk 10-luqda son yerlərdə Nyu-York, Cenevrə, Los-Anceles və Kopenhagen qərarlaşıb.

Əsas mövzular