10:32 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
20 0 0

Qeyd edək ki, Ermənistanın yeni müdafiə naziri bu vəzifəyə təyin olunan qədər Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviri olub.

BAKI, 20 noyabr — Sputnik. Ermənistanın Prezidenti Armen Sarkisyan bir neçə nazirin işdən çıxarılması və onların yerinə yeni nazirlərin təyin olunması barədə sərəncam imzalayıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Prezidentin sərəncamı ilə Ermənistan müdafiə naziri David Tonoyan, Fövqəladə Hallar naziri Feliks Çolakyan və əmək və sosial məsələlər naziri Zauri Batoyan istefaya göndərilib.

Armen Sarkisyanın Ermənistanın müdafiə naziri postuna Vaqarşak Arutyunyan, FHN naziri postuna Andranik Piloyan, əmək və sosial məsələlər naziri postuna Mesrop Arakelyan təyin olunub.

Qeyd edək ki, Ermənistanın yeni müdafiə naziri bu vəzifəyə təyin olunan qədər Ermənistanın Baş naziri Nikol Paşinyanın müşaviri olub.

Vaqarşak Arutunyan 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.

Əsas mövzular