06:16 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
32 0 0

Deputat Siyavuş Novruzov təklif edib ki, orden və medallarla bağlı layihəyə bir cümlə əlavə edilsin ki, "Vətən Qəhrəmanı" adı və Ordeni ilk olaraq ölkə Prezidentinə təqdim edilsin".

BAKI, 20 noyabr — Sputnik. "Biz Prezident İlham Əliyevin orden və medallarla bağlı addımını Milli Məclis tərəfindən dəstəkləyirik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, böyük igidlik göstərən hərbçilərimiz orden və medallarla təltif olunacaqlar: "Bəs niyə cənab Prezidentin təltif edilməsi məsələsini müzakirə etməyək? "Xilaskar" ordeni təsis edilməli, Ali Baş Komandan İlham Əliyev bu ordenlə təltif edilməlidir".

Deputat Məlahət İbrahimqızı Fəzail Ağamalının təklifini dəstəklədiyini deyib: "Lakin araşdırdım, tarixdə öz torpaqlarını qaytarmağı bacaran liderlər nadir ordu marşalı adı ilə təltif edilir. Prezident İlham Əliyev ya "Xilaskar" ordeni, ya da "Ordu Marşalı" adı ilə təltif edilməlidir".

Deputat Siyavuş Novruzov isə təklif edib ki, orden və medallarla bağlı layihəyə bir cümlə əlavə edilsin ki, "Vətən Qəhrəmanı" adı və Ordeni ilk olaraq ölkə Prezidentinə təqdim edilsin".

Sədr Sahibə Qafarova isə bildirib ki, bunlar çox mühüm təkliflərdir: "Bu, ayrı bir iclasın, yaxud tədbirin mövzusudur".

Əsas mövzular