23:42 23 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
32 0 0

Qüvvədə olan qanuna əsasən, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur və yalnız bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pulu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

BAKI, 20 noyabr — Sputnik. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilə bilər.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur və yalnız bu qanunda nəzərdə tutulan hallar istisna olmaqla, pulu ixtisaslaşdırılmış tibbi yardımın növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeyd edək ki, qanun layihəsi "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə" 2019-cu il 3 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Tibbi sığorta keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına (tibbi yardımın dövlət büdcəsinin vəsaiti hesabına göstərilməsi qanunvericilik aktlarında nəzərdə tutulduğu hallarda) göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Bu, tibb işçilərinin əmək haqqı, tibb müəssisəsinin saxlanılması və sair xərclər formasında ödənilir. Tibbi sığortanın tətbiqi isə eyni zamanda tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsi qaydasını da dəyişmiş olur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Teqlər:
iclas, Milli Məclis

Əsas mövzular