13:04 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
23 0 0

Sonradan, onlar populyar dağ kurortu "Rosa Xutor"un maskotlarına çevriləcəklər. Hazırda 52-ci seriyanın yayımlanması planlaşdırılır, cizgi serialının hədəf auditoriyası 6-8 yaşlı uşaqlardır.

BAKI, 20 noyabr — Sputnik. "Soyuzmultfilm" "Nu poqodi" cizgi serialında yeni personajın səsi üçün ümumrusiya kastinqinə başlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, yeni personaj Qurdun Dovşanı əbədi izləməsinə müşahidəçi pişik balası olacaq.

Kinostudiyadan verilən məlumata görə, yeni hissələrdə qəhrəmanların tətildəki sərgüzəştləri yer alacaq.

Cizgi filminin təqdimatı bu ilin qışında baş tutacaq. Dovşanı teleaparıcı Dmitri Xrustalev, Qurdu isə Qarik Xarlamov səsləndirəcək.

Cizgi serialının ilk hissələri "Nu poqodi" Kanikulı" adlanacaq.

İlk hissələrdə yer alan yeni personaj pişik balası - balaca qəhrəman sadəcə olaraq lazım olmayan saatda, lazım olmayan yerdə olur. Buna görə də, o, Qurdun Dovşanı qovmasına şahid olur. Ancaq hər şeyə rəğmən kiçik pişik soyuqqanlı davranmağı bacarır.

Kinostudiyanın məlumatına görə, kastinqdə 6 yaşından yuxarı hər kəs iştirak edə bilər. Bunun üçün pişik balasının bir neçə ifadəsini səsləndirərək, vidoe çəkməli və onu "Instagram" və ya "Vkontakte" hesabında #xocuvnupoqodi həştəqi ilə paylaşmalıdır. 13 yaşından kiçik müraciət edənlər üçün valideynləri paylaşa bilər. İşlər 2020-ci il dekbarın 16-na qədər qəbul edilir. Nəticələr dekabrın 31-də açıqlanacaq.

Cizgi filmi 3D formatında çəkiləcək. Yeni personajlar porsuq Tim, kirpi Şu və cüyür Ulya olacaq.

Sonradan, onlar populyar dağ kurortu "Rosa Xutor" un maskotlarına çevriləcəklər. Hal-hazırda 52-ci seriyanın yayımlanması planlaşdırılır, cizgi serialının hədəf auditoriyası 6-8 yaşlı uşaqlardır.

Əsas mövzular