06:21 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
59 0 0

Ölən hərbçilərin çıxarılmasına gəldikdə isə Rusiya sülhməramlıları və BXQK-nın iştirakı ilə tərəflər cəsədləri çıxarmağa və dəyişdirməyə başlayıb.

BAKI, 17 noyabr — Sputnik. Məndə olan son məlumata görə, Qarabağ münaqişəsinin tərəfləri artıq 200 hərbçinin cəsədini dəyişiblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer "RİA Novosti"-yə açıqlamasında bildirib.

O, həmçinin qeyd edib ki, təşkilat bu istiqamətdə səylərini göstərməyə davam edəcək. Maurerin sözlərinə görə, BXQK-nın Dağlıq Qarabağda fəaliyyətinin prioritetlərinə köçkünlərə yardım, cəsədlərin çıxarılması, həmçinin mümkün danışıqlara və mübadilələrə hazırlıq məqsədi ilə əsirlərə ziyarət etmək daxildir.

"Ölən hərbçilərin çıxarılmasına gəldikdə isə Rusiya sülhməramlıları və BXQK-nın iştirakı ilə tərəflər cəsədləri çıxarmağa və dəyişdirməyə başlayıb. Məndə olan son məlumata görə, tərəflər artıq 200 cəsədi dəyişiblər. Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik", - deyə BXQK-nın prezidenti bildirib.

Teqlər:
Dağlıq Qarabağ, Beynəlxalq Qızıl Xaç Komitəsi, cəsəd

Əsas mövzular