BAKI, 16 noyabr — Sputnik. Dünən gecədən yağan yağış Sabunçu qəsəbəsində dəmiryol vağzalının qarşısını keçilməz vəziyyətə salıb.
Bu barədə Sputnik Azərbaycan-a Sabunçu sakinləri məlumat veriblər.
Qeyd edilib ki, yağan yağış Sabunçu bazarının qarşısında sözün əsl mənasında göl yaradıb. Ərazi də piyadalar üçün keçilməz vəziyyətdədir. Avtomobil sürücüləri isə həmin ərazidən güclə keçirlər.
Qeyd edək ki, yağan yağış paytaxtın bir neçə ərazisində analoji vəziyyətə səbəb olub.