BAKI, 12 noyabr — Sputnik. Sabah Milli Məclisin plenar iclası keçiriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin noyabrın 13-də keçiriləcək iclasının gündəliyinə bir məsələ daxil edilib.
Bu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Azərbaycan xalqına Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti haqqındadır.