BAKI, 2 noyabr — Sputnik. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin oktyabr ayı ərzində 560,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Fonddan Sputnik Azərbaycan-a məlumat verilib.
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin sentyabr ayı ərzində 606,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, sentyabr ayı ilə müqayisədə oktyabr ayında satışın məbləği 46,1 milyon dollar və ya 7,6% azalıb.
Dövlət Neft Fondu tərəfindən valyuta hərraclarında 2020-ci ilin avqust ayı ərzində 478,0 milyon ABŞ dolları, iyul ayı ərzində 515,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.