05:07 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
53 0 0

"Təəssüflər olsun ki, İslam və müsəlman düşmənçiliyinin dövlət başçıları, xüsusilə də Avropa ölkələrinin rəhbərləri arasında xərçəng xəstəliyi kimi yayıldığı dövrdə yaşayırıq".

BAKI, 28 oktyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan Fransanın "Charlie Hebdo" jurnalını məhkəməyə verib. Qeyd edək ki, Məhəmməd peyğəmbərdən sonra Türkiyə liderini də hədəfə götürən jurnal növbəti sayında Ərdoğanın təhqiramiz karikaturalarını dərc edəcəyinin anonsunu verərək sözügedən rəsmləri öz "Twitter" səhifəsində paylaşıb.

Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən yaydığı məlumata görə, Prezident Ərdoğan məsələyə bu şəkildə münasibət bildirib: "Təəssüflər olsun ki, İslam və müsəlman düşmənçiliyinin dövlət başçıları, xüsusilə də Avropa ölkələrinin rəhbərləri arasında xərçəng xəstəliyi kimi yayıldığı dövrdə yaşayırıq. Fransada Peyğəmbərimiz haqqında çirkin və əxlaqsız karikatura dərc edən jurnalın üz qabığında bu dəfə məni hədəfə götürdüklərini eşitdim. Lakin belə əxlaqsızlığı yayanların əməllərinə maraq xatirinə də olsa, baxmadım. Mən nə karəyəm ki! Onlar bizim sevgili Peyğəmbərimizi təhqir ediblər. Bu cür şərəfsizlər haqqında bir şey deməyə ehtiyac yoxdur".

Qeyd edək ki, 7 yanvar 2015-ci il tarixində silahlı şəxslər "Charlie Hebdo"nun Parisdəki binasına basqın edərək 12 nəfəri öldürmüşdü. Əl-Qaidə təşkilatı Əlcəzair mənşəli Şərif və Səid Kouaçi qardaşlarının təşkil etdiyi hücumun məsuliyyətini öz üzərinə götürmüşdü. Təşkilatdan bildirilmişdi ki, Məhəmməd peyğəmbərin karikaturalarını dərc etdiyi üçün jurnalın əməkdaşlarından bu yolla intiqam alınıb.

Əsas mövzular