13:07 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
19 0 0

"Dərs vaxtı" proqramına əsasən teledərslərin davam etdirilməsi dəstəkverici addımdır. Bunlar təkrarlayıcı dərslərdir".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 oktyabr — Sputnik. Təhsil nazirinin əmri ilə oktyabrın 19-dan ölkə üzrə etibarən orta məktəblərdə tətil elan olunsa da, teledərslər davam edir. Təhsil naziri Emin Əmrullayev noyabrda nəzərdə tutulan payız tətilinin 1 həftə uzadılması ilə yerdəyişmə edildiyini, bu və ya digər formada tədris aparılmadığını bəyan etmişdi. Buna baxmayaraq teledərslərin keçirilməsi müəyyən çaşqınlığa səbəb olub.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov Sputnik Azərbaycan-a açıqlamasında təhsilin dayandırılmasına baxmayaraq, teledərslərin davam etdirilməsinin səbəbini açıqlayıb. O bildirib ki, teledərslər köhnə dərslərin təkrarı olaraq efirə verilir: "Dərs vaxtı" proqramına əsasən teledərslərin davam etdirilməsi dəstəkverici addımdır. Bunlar təkrarlayıcı dərslərdir".

Qeyd edək ki, "Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan "Dərs vaxtı" proqramının oktyabrın 22-si üçün nəzərdə tutulan cədvəli açıqlanıb. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı"nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, "Dərs vaxtı"na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi "YouTube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən, videodərslər portalından ("https://video.edu.az/"), eyni zamanda, "Təhsil" televiziyasının "Facebook" səhifəsindən izləyə bilərlər.

Əsas mövzular