03:16 06 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
32 0 0

Ermənistanda koronavirusa yoluxanların sayı 65460-a çatıb. Bir gündə yoluxanların sayı isə kəskin artıb, 10 nəfər ölüb.

BAKI, 19 oktyabr — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 65460-a çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 766 nəfər artıb.

Ermənistanda son gündə daha 10 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 1091-ə çatıb. Xəstəlikdən sağalanların sayı 48208 nəfər olub. Hazırda bu ölkədə 15845 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 39,9 milyonu keçib, 1,1 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Teqlər:
Koronavirus, epidemiya, COVID-19, Ermənistan

Əsas mövzular