15:28 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
32940

"Son vəziyyətin qiymətləndirilməsi hesabatı"nda Nikol Paşinyanın ölkə daxilində ciddi problemlər yaşadığı qeyd olunub. Hesabatda bildirilir ki, Azərbaycan ordusunun son günlərdə apardığı uğurlu döyüş əməliyyatları ermənilərin Paşinyana inamını sarsıdıb.

BAKI, 2 oktyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkədəki siyasi reytinqi kəskin şəkildə aşağı düşüb. Sputnik Azərbaycan-ın CNNturk-ə istinadən verdiyi məlumata görə, Ankaraya göndərilən "Son vəziyyətin qiymətləndirilməsi hesabatı"nda Nikol Paşinyanın ölkə daxilində ciddi problemlər yaşadığı qeyd olunub.

Hesabatda bildirilir ki, Azərbaycan ordusunun son günlərdə apardığı uğurlu döyüş əməliyyatları ermənilərin Paşinyana inamını sarsıdıb.

Digər tərəfdən, erməniləri türk mallarını boykot etməyə çağıran Paşinyanın bu çağırışı sahibkarlar tərəfindən ciddi qəbul edilməyib. Erməni sahibkarları "türk malları boykot olunarsa, batarıq", – deyə, Paşinyana cavab veriblər.

Hesabatda deyilir:

"Son günlərin hərbi uğursuzluqlarından başını itirən Paşinyan "türklər bizi 100 il bundan əvvəl qılıncdan keçirib, indi də bunu davam etdirirlər" kimi təxribatçı çağırışlar eləsə də, ölkə əhalisi bu sözləri ciddi qəbul etməyib. Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ölkələrindən də gözlədiyi dəstəyi ala bilmədiyi üçün əhali arasında onun siyasi reytinqi aşağı düşüb".

Hesabatda, bildirilir ki, bütün siyasi rəqiblərini həbs etdirməyə başlayan Nikol Paşinyan ölkə daxilində siyasi və iqtisadi sahədə problemlərlə üzləşdikcə Azərbaycanı hədəf göstərməyə çalışır. Eyni zamanda, Rusiyanın Qarabağdakı hadisələrə döyüşlərin başlamasından yalnız dörd gün sonra reaksiya verməsi, Moskvanın Ermənistanın keçmiş Prezidenti Robert Köçəryanı doğum günü münasibəti ilə təbrik etməsi diqqətçəkən məqam kimi dəyərləndirilərək bütün bunların Rusiyanın Paşinyan iqtidarına münasibətini ifadə etdiyi vurğulanıb.

Əsas mövzular