01:27 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
153140

Bundan bir qədər əvvəl Qarabağ münaqişəsi zonasında 28 sentyabrda döyüşlər zamanı ölən Ermənistan hərbçilərinin daha bir siyahısı açıqlanıb.

BAKI, 28 sentyabr — Sputnik. Qarabağ münaqişəsi zonasında gedən döyüşlərdə Ermənistan tərəfi xeyli itki verib.

Sputnik Ermənistan xəbər verir ki, Ermənistanın əlavə 28 əsgəri həlak olub. Ermənistan tərəfi hərbçiləri arasında qurbanların sayının 59 nəfər olduğunu bildirib.

Bundan bir qədər əvvəl Qarabağ münaqişəsi zonasında 28 sentyabrda döyüşlər zamanı ölən Ermənistan hərbçilərinin daha bir siyahısı açıqlanıb.

Həlak olanlar arasında 2000-2002-ci il təvəllüdlü əsgərlər çoxluq təşkil edir.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın canlı qüvvə baxımından 550 nəfərdən artıq itkisinin olduğunu bildirib.  

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Əsas mövzular