03:32 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
24 0 0

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi "Yay mövsümündə zəhərlənmə yaradan qida məhsulları ilə bağlı əhalinin maarifləndirilməsi" layihəsinin icrasına başlanılıb.

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin həyata keçirdiyi "Yay mövsümündə zəhərlənmə yaradan qida məhsulları ilə bağlı əhalinin maarifləndirilməsi" layihəsinin icrasına başlanılıb.

İctimai birliyin sədri Elman Cəfərlinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 2 ay davam edəcək layihə çərçivəsində yay aylarında zəhərlənmə yaradan qida məhsulları haqqında araşdırma aparılacaq. Əhali hansı qida məhsullarının zəhərlənmə riski yaratması barədə əhalini məlumatlandırılacaq.

"İsti yay aylarında qida qəbulu ciddi yanaşma tələb edir. May, iyun, iyul, avqust, sentyabr aylarında qida məhsullarının düzgün saxlanılmaması və vaxtı keçmiş ərzaqlarla qidalanma nəticəsində zəhərlənmə halları artır. 2019-cu ilin 11 ayının statistikası göstərir ki, ən çox zəhərlənmə isti aylara (may-sentyabr aylarına) təsadüf edir. İsti aylarda bəzi ərzaqların saxlama müddəti ciddi surətdə azalır.

Qida zəhərlənmələrinin əsas səbəbi qidalardakı kimyəvi, süni qatqı maddələrin təsiridir. Zəhərlənmə ilə nəticələnə bilən bu qidalardan sığortalanmaq üçün müəyyən standartlara riayət etmək, açıq havada satılan, istifadə müddəti keçmiş məhsullara diqqət etmək vacibdir.

Əhalinin satışdakı ət və qablaşdırılmış süd məhsulları, pendir, quş əti, sosiska, kolbasa, dondurma, mayonez və souslu yeməklər, kremli tortlar, bir müddət quruda qalmış dəniz məhsulları, yumurta, limonad, rəngli qazlı içkilər kimi qidalara diqqət etməsi vacibdir. İsti aylarda qarpız, balıq, yumurta, göbələk, pomidor, dönər, dondurma, tort və s qidaların qəbuli zəhərlənmə riskini artırır. Təəssüf ki, əhalinin bir hissəsi aldığı məhsulun mənşəyi, sağlamlıq üçün nə qədər təhlükəsiz və təbii olması barədə xəbərsizdir",-deyə Elman Cəfərli bildirib.

Onun sözlərinə görə, yay aylarında əhalinin qida məhsullarından zəhərlənməsinin qarşısını almaq üçün kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə, müxtəlif yaş qrupuna daxil olan insanlar arasında məlumatlandırma tədbirlərinin keçirilməsinə ehtiyac var.

Layihə rəhbəri deyib ki, layihə çərçivəsində populyar sosial şəbəkələrdə səhifə və profil yaradacaq, yay aylarında zəhərlənmə riski yaradan qida məhsulları ilə bağlı məlumat –maarifləndirmə xarakterli materilallar yerləşdirəcək. Kütləvi infomasiya vasitələrində və sosial mediada layihə çərçivəsində görüləcək işlərlə bağlı məlumat veriləcək, press-reliz paylanacaq. Həmçinin maarifləndirmə məqsədi ilə bukletlərin nəşri nəzərdə tutulur.

İnternet televiziyalarında məlumatlandırma məqsədilə ilə verilişlər də hazırlanacaq.

Əsas mövzular