08:14 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
144 0 0

"Bağçada vurduğumu xatırlamıram. Ancaq küçədə də söyməyə davam etdiyi üçün etməməli olduğum davranışı sərgilədim. Heç özümə yaraşdırmıram".

BAKI, 19 sentyabr — Sputnik. 67 yaşlı Hüseyn Meriçi döydüyü barədə görüntülər yayıldıqdan sonra məhkəməyə çıxarılan Türkiyənin məşhur ifaçısı və aktyoru Halil Sezai qəsdən sağlamlığa ağır xəsarət vurma ittihamı ilə həbs olunub.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, o və tanınmış rejissor Aytac Ağırlar İstanbulda film çəkilişi üçün villa kirayələyiblər. Ancaq dörd villadan ibarət kompleksdə yaşayan Hüseyn Meriç və Mesih Meriç filmin çəkilişlərinin burada baş tutmasına razı olmayıb. Bundan sonra tərəflər arasında tez-tez mübahisələr yaşanıb.

Hadisə günü ilə bağlı danışarkən məşhur müğənni içkinin təsirində olduğunu deyib.

"Onun evinə gedəndə dörd villanın ortaq bağçasından keçdik. Mən həmin vaxt bağçadan odun götürdüm ki, onunla zarafat edim. Onu vurmaq niyyətim olmayıb".

Məşhur ifaçı 67 yaşlı Hüseyn Meriçin onu söydüyünü və bundan sonra aralarında münaqişə yaşandığını vurğulayıb.

"Bağçada vurduğumu xatırlamıram. Ancaq küçədə də söyməyə davam etdiyi üçün etməməli olduğum davranışı sərgilədim. Heç özümə yaraşdırmıram. Peşmanam".

Əsas mövzular