01:30 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
333111

"Yevlax rayon Mərkəzi Xəstəxanasının qapılarından birinin önünə atılan işlənmiş tibbi vasitələr yerli sakinləri ciddi narahat edir. Pandemiya dövründə uşaqdan böyüyə hərkəs yoluxma riski ilə üzə-üzə qala bilər".

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Yevlax rayon Mərkəzi xəstəxanasının ətrafı məişət tullantıları ilə dolub-daşır. Rayonda fəaliyət göstərən tibb ocağında müalicə alanlara istifadə edilən işlənmiş tibbi vasitələr həmin əraziyə atıldığından ətrafa dağılır. Xəstəxananın yaxınlığında yaşayanlar pandemiya dövründə belə vəziyyətin onlar üçün çox təhlükəli olduğunu bildirirlər. Ən əsası da orada yanğın başlayanda yerli sakinlərin günü sözün həqqi mənasında qaralır. Ərazidən qalxan qara tüstü ətrafı ağuşuna alır.

Yerli sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, xəstəxananın ətrafı üfünət qoxuyur, qanlı sistem şlanqları, istifadə edilmiş şprislər, dərman qutuları və digər tibbi vasitələr ətrafa dağılıb. Ərazidə yaşayanlar bildirirlər ki, son günlər buraya tibb müəssəsindən atılan məişət tullantıları toplanmadığından ərazidə bu cür vəziyyət yaranıb. Tullantıların yandırılması isə onları daha çox narahat edir. Həmin ünvanda yaşayan Ceyhun Məmmədov bildirir ki, ərazidə uşaq bağçasının olması vəziyyəti daha da ciddiyə almağa sövq edir.

"Gediş-gəliş üçün, xüsusən də körpələrimiz üçün çox təhlükəldir. Ora atılan qanlı tibbi vasitələr hamısı mikrobludur. Sağlam adamın qanı deyil, xəstə adamın qanıdır. Onun da bir dənəsi düşdü adama, bir uşaqla bütün ailəyə yayılacaq. Əlbəttə ki, qorxuludur. İstərdik ki, ciddi yanaşsınlar" - deyə o bildirib.

  • Yevlax rayonunda məişət tullantıları
    © Sputnik / Rahim Mammadov
  • Yevlax rayonunda məişət tullantıları
    © Sputnik / Rahim Mammadov
  • Yevlax rayonunda məişət tullantıları
    © Sputnik / Rahim Mammadov
  • Yevlax rayonunda məişət tullantıları
    © Sputnik / Rahim Mammadov
1 / 4
© Sputnik / Rahim Mammadov
Yevlax rayonunda məişət tullantıları

Ərazidə yaşayan sakinləri həyəcanlandıran və əsl təhlükə yaradan Yevlax Mərkəzi Xəstəxanasından məsələ ilə bağlı mövqe bildirmək istəmədilər. Sputnik Azərbaycan-a Yevlax Komunal Təsərrüfat Müəssəsinin direktoru Nazim Səlimov bildirdi ki, Mərkəzi Xəstəxana artıq 5 aydır ki, müəssisə ilə müqavilə bağlamaqdan imtina edib:

"Aprel ayından sözügedən xəstəxana bizimlə heç bir müqavilə bağlamır. Bağlamaqdan imtina edib. O məişət tullantılarının dəyəri ödənilmir. Lakin buna baxmayaraq, biz 5 aydır xidmət göstəririk, həmin tullantıları ordan götürürük. Artıq gördük ki, bunlar bizimlə müqavilə bağlamır, işimizin dəyərini ödəmək istəmir. Ona görə də son 15 gündə fəaliyyətimizi dayandırmışıq. Yəni, onlara xidmət göstərmirik. Son olaraq onu deyə bilərəm ki, əgər onlar bizimlə müqavilə bağlasalar, həmin tullantılar tərəfimizdən götürülüb zərərsizləşdiləcək".

İnsanlar tibb ocaqlarında öz sağlamlıqlarına qovuşduğu halda, Yevlax rayon Mərkəzi Xəstəxanasında əksinə, insanların sağlamlığına qarşı ciddi təhlükə yaradılır.

Əsas mövzular