00:35 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Təhsil naziri Emin Əmrullayev Qazaxda  əsaslı şəkildə yenidən qurulan Kosalar kənd tam orta məktəbində olub

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbi əsaslı  təmir olunub. 1176 şagird yerlik məktəb binası Bilik Günündə müəllim və şagirdlərin istifadəsinə verilib. Təhsil Naziri Emin Əmrullayev məktəbə gələrək burada yaradılan şəraitlə yaxından tanış olub. Məktəbin təmirinə ötən il iyul ayının ortalarından başlanılıb. Ümumi sahəsi 25 min kvadratmetr, bina sahəsi isə 5500 kvadratmetrdir. Məktəb binası 2 korpusdan ibarətdir. Birinci korpus üçmərtəbəli, ikinci korpus isə ikimərtəbəlidir.

© Sputnik / Ilham Mustafa
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbi

Birinci mərtəbədə 10 sinif otağı  yerləşir. İkinci mərtəbədə sinif otağlarının sayı 8-dir. Burada fizika və laboratoriya otaqları, müəllimlər otağı, tibb otağı-psixologiya otağı yerləşir. Üçüncü mərtəbədə 9 sinif otağı var. Biologiya və laboratoriya otaqları, iki informatika otağı, uşaq birliyi otağı da bu mərtəbədə yerləşir.

İkinci korpusun birinci mərtəbəsində idman zalı, oğlan və qızlar üçün soyunub geyinmə otağı (duş otağı), oğlan və qızlar üçün əmək otağı, müəllim və şagirdlər üçün yeməkxana, mətbəx, əl-üz yuma otağı yerləşir. İkinci mərtəbədə isə 3 sinif otağı, 140 nəfərlik akt zalı, kitabxana, elektron kitabxana, musiqi otağı, xarici dil müəllimlərinin otağı, arxiv yerləşir.Müasir standartlara cavab verən yeni məktəbdə futbol və basketbol meydançası yaradılıb. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt döşənib, müasir işıqlandırma sistemi ilə təmin olunub.

© Sputnik / Ilham Mustafa
Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan Kosalar kənd tam orta məktəbi

Qeyd edək ki, məktəb Heydər Əliyev Fondu tərəfindən təmir olunub. Öz fəaliyyətində təhsil sahəsinin inkişafını prioritet götürən Fondun reallaşdırdığı layihələr çərçivəsində ölkəmizin hər yerində çoxsaylı yeni məktəb binaları, körpələr evi-uşaq bağçaları inşa olunur və istifadəyə verilir.

Əsas mövzular