09:59 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
26 0 0

"Stansiyanın yol infrastrukturu da demək olar ki, qurulub. Bu stansiyanın digər əhəmiyyəti isə ondan ibarətdir ki, stansiyanın arxasında

BAKI, 14 sentyabr — Sputnik. "Hazırda bənövşəyi xəttin Ceyhun Səlimov küçəsi, Hərbi Hopitalın qarşısında inşa olunan 3-cü stansiyada tikinti işləri son mərhələdədir. Son tamamlanma işləri aparılsa da, bilirsiniz ki, ən vacib məsələ məhz tikinti tamamlandıqdan sonra qurulur. Bütün infrastrukturun qurulması, mövcud avadanlıqların hərəkətinin təşkili və tənzimlənməsi ilə bağlı avadanlıqların, eyni zamanda da sərnişin təhlükəsizliyi ilə bağlı avadanlıqların böyük qismi ölkə xaricindən gətirilir. Lakin bilirsiniz ki, ölkədə olduğu kimi, bütün dünyada da pandemiya şəraiti davam edir. Avadanlıqların gətirilməsi həmin ölkələrdəki vəziyyətdən də çox asılıdır. Bu problemlər olmasa, hazırda şərti adı "B03" olan stansiyanın ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, bundan başqa hansısa geoloji problemlər olmasa, adıçəkilən stansiyasının təhvil verilməsində hansısa problem olmayacaq: "Stansiyanın yol infrastrukturu da demək olar ki, qurulub. Bu stansiyanın digər əhəmiyyəti isə ondan ibarətdir ki, stansiyanın arxasında "dönmə kamerası" adlandırdığımız, yəni, qatarların bir yoldan digərinə keçərək əks istiqamətdə hərəkət etməsi üçün infrastrukturun qurulmasıdır. Hazırda bu istiqamətdə də son həlledici işlər görülür".

"Belə olduqda qatarların hərəkətində də müəyyən intensivlik olacaq. Bu da qatarlara qulluq, xidmət göstərilməsinə xüsusi zərurət yaradacaq. Qeyd edim ki, belə halda elektrik deposunun mövcudluğu da mühüm əhəmiyyət kəsb edir. Onu da qeyd edim ki, hazırda Xocahəsən istiqamətində, yəni, "Avtovağzal"dan sonrakı mənzildə deponun inşası ilə bağlı işlər də sürətlə davam etdirilir", - deyə Metropoliten rəsmisi əlavə edib və bildirib ki, deponun inşası 3 mərhələdə nəzərdə tutulur.

Birinci mərhələ 3 stansiyada xidmət göstərəcək qatarlara xidmət, qulluq, təmir işlərinin aparılması və lazımi infrastrukturun qurulmasından ibarətdir. B.Məmmədov deyir ki, bu istiqamətdə də görülən işlər həlledici mərhələdədir: "Ən vacib işlərdən biri də "Avtovağzal" - "Xocahəsən" istiqamətində tunellərin inşasının başa çatması ilə əlaqədardır. Hazırda tunellərdən birində yol infrastrukturunun qurulması tamamilə başa çatdırılıb və digər tuneldə də bu istiqamətdə işlər sürətlə davam etdirilir".

Əsas mövzular