14:05 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
45 0 0

"Valideynlər uşaqları çimizdirdikdən sonra xarici qulaq keçəcəyinin görünən hissələrini dəsmal və ya pambıqla qurutmaları kifayətdir" - Otorinolarinqoloq

BAKI, 1 sentyabr — Sputnik. "Bir çox valideynlər yeni doğulmuş və körpə yaşlarında olan uşaqları çimizdirərkən qulağa su düşməsinin uşağın sağlamlığına ziyan vuraraq iltihab yaratmasından ehtiyat edərək qulağa suyun daxil olmasının qarşısını almaq məqsədilə xarici qulaq keçəcəyinə pambıq tıxaclardan isitfadə edirlər. Qeyd etmək istəyirəm ki, anatomik olaraq xarici qulaq keçəcəyi "S"-ə bənzər formada olub ön hərəkətli qığırdaq və arxa sümük hissələrdən ibarətdir və ön hissəsində olan xüsusi vəzilər hesabına kükürd ifraz edərək xarici qulaq keçəcəyinə düşən zərərli  mikroorqanizmlərdən qulağı müdafiə edərək bakteriosid təsir gösterir. Ön qığırdaq hissəsinin hərəkətli olması hesabına xarici qulaq keçəcəyinə düşmüş mayenin tamamilə xaric olmasına şərait yaradır".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında otorinolarinqoloq Elvin Əzizov deyib.

© Sputnik / Stringer
Doktor Elvin Əzizov

O deyir ki, yenidoğulmuş və südəmər uşaqlarda xarici qulaq keçəcəyinin sümük hissəsi inkişaf etmədiyi üçün qulaq keçəcəyi daha geniş olub, düz formadadır: "Bu da xarici qulaq keçəcəyinə düşmüş mayenin daha tez xaric olmasına şərait yaradır və eləcə də xarici qulaq keçəcəyində ifraz olunan kükürdün miqdarı daha artıq olduğu üçün qoruyuculuq funksiyasını iki qat artırır".

"Valideynlər uşaqları çimizdirdikdən sonra xarici qulaq keçəcəyinin görünən hissələrini dəsmal və ya pambıqla qurutmaları kifayətdir", - deyə ekspert bildirib.

Əsas mövzular