14:25 25 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
21 0 0

Teledərslərdə tarixdən riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlər yeni studiyalarda təcrübəli müəllimlərin izahı ilə təqdim olunacaq.

BAKI, 31 avqust — Sputnik. Sentyabrın 1-dən etibarən “Mədəniyyət” kanalında yenidən teledərslərin yayımı başlayacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin hazırladığı videoda qeyd edilib. Bildirilib ki, “Dərs vaxtı” proqramı həftənin 5 günü yayımlanacaq.

Qeyd edilib ki, teledərslərdə tarixdən riyaziyyata, ədəbiyyatdan kimyayadək məktəbdə keçirilən bütün fənlər yeni studiyalarda təcrübəli müəllimlərin izahı ilə təqdim olunacaq. Burada bütün siniflər üzrə tədris planlarına uyğun dərslər baxımlı məzmunla efirə veriləcək.

 

Əsas mövzular