06:29 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
28 0 0

Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək.

BAKI, 27 avqust — Sputnik. Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləri həyata keçirilir. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumatda həmçinin bildirilib ki, bununla əlaqədar olaraq hər bir istiqamət üzrə hərəkət intensivlik nəzərə alınaraq hissə-hissə qismən məhdudlaşdırılır. Təhlükəsizlik baxımından relslərin söküntüsü körpünün sırf hərəkətin məhdudlaşdırıldığı zolaqlar üzərindəki hissəsində aparılır. Körpünün tam sökülməsi işlərinə başlanılan zaman buna müvafiq olaraq təhlükəsizlik tədbirləri görüləcək.

Əsas mövzular