22:02 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
3010

"Həmin müqavilənin etibarsızlığına əsas verən səbəblər varsa, bu fakt məhkəmə qaydasında təsdiqlənərsə, müqavilənin ləğvi baş tuta bilər" - Hüseyn Məmmədov

BAKI, 22 avqust — Sputnik. "Hər kəs əmlakını digər bir şəxsə bağışlaya bilər. Bağışlama müqaviləsi əvəzsiz əqd olduğundan ondan imtina edilə bilməz. Lakin burada da bir neçə istisna hal var".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Ədliyyə Nazirliyi tərəfindən keçirilən notariat fəaliyyəti bağlı ictimai müzakirədə Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri Hüseyn Məmmədov deyib. O bildirib ki, bağışlama üçün vacib olan hüquqi amillərdən hansısa biri etibarsız olarsa, müqavilə ləğv edilə bilər: "Burada iradə faktoru, mülkiyyətin qanuniliyi kimi məsələlər nəzərdə tutulur. Bağışlayan şəxs şüurlu şəkildə öz iradəsini düzgün ifadə edirsə, fəaliyyət qabiliyyətində hər hansı bir məhdudlaşma yoxsa, həmin şəxs əmlakını əvəzsiz əqd olaraq qeyri-şəxsə bağışlaya bilər".

"Həmin müqavilənin etibarsızlığına əsas verən səbəblər varsa, bu fakt məhkəmə qaydasında təsdiqlənərsə, müqavilənin ləğvi baş tuta bilər. Qeyd edim ki, məhkəmə mübahisəsi olmadan hər iki tərəf könüllü şəkildə bağışlamanı ləğv etmək istəsə, ləğv barədə saziş bağlanır və mülkiyyət əvvəlki sahibinə qaytarılır” – deyə İdarə heyətinin sədri əlavə edib.

 

 

Əsas mövzular