05:41 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
224920

Eyni anda Türkiyəyə məxsus "F-16"-ların Azərbaycana məxsus "Su" tipli qırıcılarla havada müştərək əməliyyat həyata keçirməsi xüsusi ilə diqqətə layiq faktdır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən təlimlər quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilir. Azərbaycan və Türkiyənin birgə təlimləri region ölkələri tərəfindən diqqətlə izlənilir. Sputnik Azərbaycan ölkəmizdə keçirilən genişmiqyaslı təlimlərlə bağlı Türkiyənin terror və təhlükəsizlik üzrə tanınmış eksperti Abdullah Ağarla həmsöhbət olub.

Terror və təhlükəsizlik üzrə türkiyəli ekperti Abdullah Ağar
© Photo : From personal archive of Abdullah Agar
Türkiyəli ekspert Abdullah Ağar

Təlimlərin keçirilməsinə münasibət bildirən Ağar Türkiyə və Azərbaycanın hərbi sahədə güclərinin birləşdirilməsinin vacibliyini vurğulayıb: "Son zamanlar vasitəçilik müharibələrində (Proxy War) əldə olan təcrübələr, həyat bizə bir şeyi öyrətdi: "Biz iki qardaş ölkə, iki dövlət – tək millət anlayışına uyğun şəkildə, digər türk dövlətlərini də yanımıza alacaq şəkildə bir güc birliyi formalaşdırmaq məcburiyyətindəyik. Görünən budur ki, biz ayrı-ayrı olduğumuz müddətdə bizi həmişə arxadan vuracaqlar. Bizim ayrılığımızdan həmişə bizə qarşı istifadə edəcəklər. Bu baxımdan mən Azərbaycan-Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən təlimlərin olduqca önəmli olduğunu düşünürəm. Bu təlimlər dosta güvən, düşməni qorxuya salması səbəbi ilə, ölkələrimiz arasında olan qardaşlığın döyüş meydanlarında da özünü göstərməsi, bərabər olduğumuz zaman gücümüzün necə artmasının nümayişi baxımından olduqca önəmlidir".

Ekspert xatırladıb ki, Türkiyə və Azərbaycan orduları son dərəcə modern, texnoloji, inkişaf etmiş silahlardan, silah sistemlərindən istifadə edirlər: "Bu silahların, silah sistemlərinin müştərək olaraq istifadə edilməsi, tərəflər arasında koordinasiyasının yaradılması baxımdan da olduqca önəmlidir. Eyni anda Türkiyəyə məxsus "F-16"-ların Azərbaycana məxsus "Su" tipli qırıcılarla havada müştərək əməliyyat həyata keçirməsi xüsusi ilə diqqətə layiq faktdır. Hücum helikopterlərimizin, PUA-larımızın, elektron hərb sistemlərimizin, zirehli texnikamızlarımızın birgə əməliyyatlara cəlb olunması əhəmiyyətlidir. Bir müddət əvvəl Ermənistan – Azərbaycan sərhədinin gərginliyin baş verdiyi Tovuz bölgəsi yalnız Azərbaycan və Türkiyə üçün kritik əhəmiyyətə malik deyil. Bu bölgə Avropa, Çin və Mərkəzi Asiya ölkələri üçün də strateji əhəmiyyətə malikdir. Son hadisələr fonunda regionun sabitlik baxımından bu təlimlər güc və iradə nümayişidir".

Əsas mövzular

  • Erməni əsgərinin geyimi, arxiv şəjki

    Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur

    236
  • İşğal olunmuş ərazilərimizdə Ermənistan SQ hərbçisi, arxiv şəkli

    Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Həmçinin Murovda əhəmiyyətli yüksəklik alınıb

    474
  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    1967