15:42 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
772 0 0

"Belarusa qarşı hibrid müharibə gedir və biz bu alçaqlığı istənilən tərəfdən gözləmək məcburiyyətindəyik" - Belarus prezidenti.

BAKI, 6 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, respublikaya qarşı "hibrid müharibə" gedir. Minsk hələ onu kimin apardığını bilmir, lakin bu "pisliyin" istənilən tərəfdən gəlməsi mümkündür.

"Belarusa qarşı hibrid müharibə gedir və biz bu alçaqlığı istənilən tərəfdən gözləmək məcburiyyətindəyik. Yeri gəlmişkən, biz elə də edirik", - deyə Lukaşenko bu gün Minskdə avqustun 9-na təyin edilmiş prezident seçkiləri zamanı təhlükəsizliklə bağlı müşavirədə bildirib.

Sputnik Belarus-un məlumatına görə, Belarus lideri qeyd edib ki, bu "müharibəni" kimin apardığını hələ bilmir. "Dürüstcə etiraf edirəm və yəqin ki, siz mənə yeni bir şey söyləməyəcəksiniz: biz onların nə edə biləcəyini bilmirik. Biz hətta onların kim olduğunu bilmirik. Bunlar ya amerikalılardır, ya Ukraynadan kimsə bizi sıxışdırır, ya da Şərq qardaşlarımız bizi çox "sevirlər", biz dəqiq bilmirik", - deyə Lukaşenko təxminlərini dilə gətirib.

Əsas mövzular