İki günə başa gələn xilas yolu: İnanılmaz layihə ölkənin gələcəyini dəyişə bilər - FOTO

© Sputnik / Nigar IskanderovaAquaHack qalibilərini ilə söhbət
AquaHack qalibilərini ilə söhbət - Sputnik Azərbaycan
Abunə olmaq
Böyük şirkətlər və universitetlərlə yarışda qalib gələn azərbaycanlı gənclərin komandası ölkənin üzləşdiyi su probleminin həlli üçün çalışır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 31 iyul — Sputnik. Ölkəmizin gələcəyi onların əlindədir dedikdə, bilikləri, bacarıqları, ixtiraları ilə qaranlıq dünyamızdan gələcəyə işıq saçanlar nəzərdə tutulur. Ölkəmizdə istedadlı və bacarıqlı gənclərin sayı isə az deyil. Onların sırasında Azərbaycan Texniki Universitetinin 1-ci kursunu bitirən Rafael Əzizov və 3-cü kursunu bitirən Ayxan Qurbanov da var.

İstedadlı gənclərimiz bir neçə gün öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı “AquaHack” hakaton yarışmasında hazırladıqları qurğu ilə birincilik qazanıb, 5 min manat məbləğində pul mükafatı əldə ediblər.

© Sputnik / Nigar IskanderovaAyxan Qurbanov və Rafael Əzizov
İki günə başa gələn xilas yolu: İnanılmaz layihə ölkənin gələcəyini dəyişə bilər - FOTO - Sputnik Azərbaycan
Ayxan Qurbanov və Rafael Əzizov

Gənclərimiz günümüzün ən aktual probleminin – su çatışmazlığının həlli edilməsi istiqamətində hazırladıqları qurğuya görə birincilik əldə ediblər. Sputnik Azərbaycan olaraq, onları tanımaq və tanıtmaq lazımdır deyərək, gənc ixtiraçılarla tanış söhbət edib.

Gənclərimiz hazırladıqları qurğu haqda özləri ətraflı danışıblar. AzTU-nun gənc ixtiraçılardan ibarət "Arducoman" komandasının rəhbəri və qurğunun ərsəyə gəlməsində xüsusi əməyi olan Ayxan Qurbanov hazırda universitetin "Energetika, elektrotexnika və avtomatika" fakültəsində təhsil alır: "İxtisasım proseslərin avtomatlaşdırılmasıdır. Komandamız müxtəlif ixtisaslarda təhsil alan tələbələrdən ibarətdir. Çünki komanda olaraq bizim proqramçılara, eyni zamanda da digər ixtisasdan olan kadrlara böyük ehtiyacımız olur. Komandamıza qoşulmaq üçün lazım deyil ki, mütləq nəyisə biləsən, əsas istək və həvəsin olmasıdır. Çünki proses zamanı da müəyyən biliklər əldə olunur. Artıq biz birlikdə güclü layihələr qura bilirik. Komanda olaraq da bir neçə startapda uğur qazanmışıq".

© Sputnik / Nigar IskanderovaLayihənin icrası zamanı
İki günə başa gələn xilas yolu: İnanılmaz layihə ölkənin gələcəyini dəyişə bilər - FOTO - Sputnik Azərbaycan
Layihənin icrası zamanı

İxtiraya gəldikdə, onlar hazırladıqları qurğu ilə dəniz suyunu içməli suya çevirə bilirlər. Məhz bu ixtiraya görə onlar "AquaHack" yarışmasında qalib olublar. Həmin qurğu və onun hazırlanmasını zəruri edən səbəblər haqda Ayxan özü ətraflı məlumat verir: "Bildiyiniz kimi, Kürdə su quruyub. İndi dəniz suyu Kürə axır, ciddi su çatışmazlığı var. Biz layihəmizlə “dəniz suyundan necə içməli su əldə etmək olar və bunu necə etmək olar” sualına cavab vermişik, bunu sübut etmişik. Əslində, proses çox asandır. Yalnız iki su çəni quraşdırılır və xüsusi komponentlər olan olan sensorlar izləyici olaraq həm suyun miqdarını öyrənir, həm də nə qədər duzlu və minerallı olmasını ölçür. Bilirsiniz ki, həddindən artıq duzlu su da ziyanlıdır. Minerallıq və duzluluq az olanda da onu içmək olmur. Biz bu layihəni qısa müddətdə həyata keçirtməyi düşünürük. Həm də cari durum bunu tələb edir. Hər şey tamamlandıqdan sonra biz orada böyük su çənlərimizi quraşdıra və su çatışmazlığı problemini həll edə bilərik".

“Bəs, bütün bunlar necə həyata keçir” sualına cavab olaraq isə həmsöhbətlərimiz bunları deyib: "Bu problemi həll etmək üçün su çəni sistemini yığdıq. Dəniz suyunu birinci su çəninə yönəldirik, daha sonra təmiz su orada qızdırılır. Düşündüyümüz xüsusi lazer qurğusu isə Günəş konsentratorudur. Günəş konsentratoru Günəşin bucaqlarını bir nöqtədə toplayıb su çənini qızdırmağa başlayır. Beləcə, su çəninin temperaturu artır, su buxarlanmağa başlayır. Bu buxarı toplayırıq, həmin buxarı yüksək təzyiqlə ikinci çənə yönləndiririk. Bu isə bizə buxarı böyük məsafələrə də ötürməyə imkan verir. Məsələn, fermerin ərazisi dənizdən bir neçə kilometrdədirsə, bizim hazırladığımız qurğu bu buxarın enerji xərcləmədən rahatlıqla həmin əraziyə yönəlməsinə imkan verir. Bu sistemin öz-özlüyündə enerji ilə təmin olunmasının özü də bir üstünlükdür. Distillə olunmuş suyu isə suvarmada da istifadə etmək, eyni zamanda da içməli su kimi də minerallaşdıraraq içmək mümkündür. Hələlik, bu bizim bu günədək son uğurumuzdur. Təbii ki, uğurlarımız axarıncı olacaq və bu komanda ilə biz çox şeylərə nail olacağıq".

© Sputnik / Nigar IskanderovaLayihənin icrası zamanı
İki günə başa gələn xilas yolu: İnanılmaz layihə ölkənin gələcəyini dəyişə bilər - FOTO - Sputnik Azərbaycan
Layihənin icrası zamanı

Layihəyə gəldikdə, gənc ixtiraçılar onun üzərində cəmi 48 saat işləyərək, demo versiya hazırlayıb xüsusi proqramlarla işləklik mexanimzlərini öyrəniblər: "Bununla da biz su çəninə nə qədər dəniz suyu yönləndirə bilərik, bundan nə qədər içməli su əldə edə bilərik, bunu araşdırmışıq".

Həmsöhbətimiz bildirir ki, komanda adına qazanılan mükafatdan yeni layihələr üçün bir yatırım kimi istifadə edəcəklər. Lakin gənclərimiz yalnız BMT tərəfindən deyil, eləcə də universitet tərəfindən də mükafatlandırılıblar: "Qalibiyyətdən dərhal sonra universitet rəhbərliyi tərəfindən mükafatın məbləği daha da artırıldı və bildirildi ki, onlar bizə bütün layihələrin reallaşmasında hər zaman dəstək olacaqlar. Təbii ki, universitet rəhbərliyi səviyyəsində dəstəyin göstərilməsi həm bizə, həm də digər tələbələrə daha böyük motivasiya qazandırır. Ümumiyyətlə, universitet tərəfindən bu cür elmi işlərə imza atmaq üçün bizə geniş şərait yaradılır. Bizim universitetdə öz kabinetlərimiz var. Bütün tələbərlərin, eyni zamanda da bizim yararlanmağımız üçün xüsusi texniki laboratoriya da istifadəyə veriləcək. Bu cür texnolaboratoriyaların hər korpusda açılması planlaşdırılır. Burada bizim "software room", "hardware room" və "rest room"muz var. Bu otaq bizə xoş ünsiyyət yaratmağa, müəllimlərimizlə məsləhətləşməyə imkan verir. "Conversation room"da isə biz debatlar təşkil edəcəyik".

© Sputnik / Nigar IskanderovaAyxan Qurbanov
İki günə başa gələn xilas yolu: İnanılmaz layihə ölkənin gələcəyini dəyişə bilər - FOTO - Sputnik Azərbaycan
Ayxan Qurbanov

Digər həmsöhbətimiz Rafael Əzizov isə AzTU-nun "İnformasiya və kommunikasiya texnologiyaları" fakültəsinin "Kompüter mühəndisliyi" ixtisasında təhsil alır. O, birinci kursun ilk yarım ilini tamamladıqdan sonra alqoritm bacarıqlarını inkişaf etdirməyə başlayıb: "Üzərimdə daha çox işləyirdim. Buna görə müəllimlər məni Ayxana yönləndirdilər, beləcə bu komandaya qoşuldum. Artıq elektronikadan da anlayışım var, hansısa mexanikanın beyninin yığılmasını bacarıram".

© Sputnik / Nigar IskanderovaRafael Əzizov
İki günə başa gələn xilas yolu: İnanılmaz layihə ölkənin gələcəyini dəyişə bilər - FOTO - Sputnik Azərbaycan
Rafael Əzizov

Rafael Əzizov bunadək də komanda olaraq böyük uğurlar əldə etdiklərindən danışır: "Bunadək də biz "hackaton"larda da uğur qazanmışıq. “Aquahack” proqramında 69 komanda iştirak edib ki, onlardan yalnız 30-35-i universitet, digərləri isə güclü şirkətlər olub. Biz ilk universitet idik ki, orada yer tutmuşuq. Eyni zamanda da bu yarışmada birincilik qazanmaqla da bir ilkə imza atmış olduq. Biz bu yaxınlarda "Virtual hackaton"da da yer tutmuşuq. Türkiyə universitetlərinin qatıldığı bu yarışmada ikinci, iştirakçı olan Azərbaycan universitetləri arasında isə birincilik qazandıq. Biz bu yarışa çox güclü "Condor" layihəsi ilə qoşulmuşduq. Bu layihə orijinal dron sistemi haqdadır. Bu dron iki hissədən ibarətdir. Burada da alternativ enerjidən istifadə olunur ki, bu da bizə bazara daha original məhsul çıxarmağa imkan verir. Universitetimizin köməkliyi ilə bunu yaxın zamanda məhsul kimi bazara çıxarmağı düşünürük. Onu da qeyd edim ki, artıq bir neçə beynəlxalq şirkətlər də bizim bu layihəmizlə maraqlanırlar. Bu məhsulu dünya bazarına çıxarmağı düşünürük".

Xəbər lenti
0