15:48 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
Azərbaycanın diplomatık nümayəndəliklərinə və azərbaycanlılara hücum (14)
24601

Xələf Xələfov: Radikal erməni qrupları hər cür radikallıqdan çəkinməyərək, Azərbaycana məxsus diplomatik missiyalara, etnik mənsubiyyətinə görə azərbaycanlılara hücum etməklə məşğul olurlar

BAKI, 23 iyul — Sputnik. "Ermənistan hərbi meydanda məğlub olandan sonra Vaşinqtonda, Torontoda, Stokholmda, Los Ancelesdə, Brüsseldə və digər şəhərlərdə soydaşlarımıza qarşı təxribatlar törədilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistan danışıqlar prosesində bankrot siyasət sahibi olduqdan sonra dünya ictimaiyyətinin diqqətini yayındırmaq üçün bu cür iyrənc addımlar atmağa başlayıb: "Bu qarşıdurmalarda Azərbaycan tərəfdən vətənpərvər insanlar iştirak edir, Ermənistanın siyasətinə etirazlarını bildirirlər. Radikal erməni qrupları hər cür radikallıqdan çəkinməyərək, Azərbaycana məxsus diplomatik missiyalara, etnik mənsubiyyətinə görə azərbaycanlılara hücum etməklə məşğul olurlar".

Nazir müavini qeyd edib ki, ermənilərin bu əməlləri də boşa çıxacaq: "Həmin xarici ölkələr heç vaxt imkan verməzlər ki, ölkələrində irqi ayrı-seçkilik zəminində təxribatlar törədilsin. Ermənistan bilməlidir ki, Azərbaycanın qüdrəti onun birliyindən qaynaqlanır. Azərbaycan dövləti hər yerdə vətənpərvər soydaşlarının yanındadır. Ermənistanın təşkil etdiyi bu hücumlar artıq öz nəticəsini vermir. Çünki Azərbaycan beynəlxalq aləmə inteqrasiya olunub. Ölkələrlə yüksək səviyyədə ikitərəfli münasibətlər qurulub. İnanıram ki, ermənilərin qaragüruhçuluğuna icazə verilməyəcək".

Xələfovun sözlərinə görə, o, ABŞ səfiri ilə görüşüb. Görüşün mövzusu Los Ancelesdə ermənilərin azərbaycanlılara qarşı hücumu ilə bağlı olub.

"Təəssüf edirik ki, ABŞ polisi Baş Konsulluğu və azərbaycanlıları qoruya bilməyib. Səfir bildirdi ki, ABŞ polisi araşdırma aparır və bu təxribata hüquqi qiymət veriləcək. Biz digər səfirlərlə də görüş keçiririk. Azərbaycan dövləti hər bir soydaşımızın yanındadır. Biz imkan verə bilmərik ki, Ermənistan xaricdəki diplomatik missiyalarımıza, soydaşlarımıza təzyiq göstərsin. Azərbaycan Ordusu bu gün torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan dövləti də vətəndaşlarımıza harada yaşamasından asılı olmayaraq dəstək verməyə hazırdır", - Xələfov deyib.

Mövzu:
Azərbaycanın diplomatık nümayəndəliklərinə və azərbaycanlılara hücum (14)

Əsas mövzular