CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qəhrəmanı belə dəfn etdilər - FOTOLAR

© Sputnik / Ilham MustafayevDəfni
Dəfni - Sputnik Azərbaycan
Abunə olmaq
Düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində torpağa tapşırılıb.

 

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 13 iyul — Sputnik. Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində şəhid olan Azərbaycan Milli Ordusunun giziri Vüqar Lətif oğlu Sadıqovun dəfn mərasimi keçirilib.

Düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri, Ağstafa rayon sakini, 1987-cı il təvəllüdlü Vüqar Lətif oğlu Sadıqovun doğulduğu Göyçə kəndində torpağa tapşırılıb. Mərasimdə şəhidin yaxınları, komandirləri, döyüş yoldaşları, Ağstafa rayon icra hakimiyyətinin başçısı və nümayəndələri, idarə rəhbərləri, polis və prokurorluq orqanlarının əməkdaşları, həmçinin rayon sakinləri iştirak edirlər.

© Sputnik / Ilham MustafayevAzərbaycan Milli Ordusunun giziri Vüqar Sadıqovun dəfn mərasimi
Qəhrəmanı belə dəfn etdilər - FOTOLAR - Sputnik Azərbaycan
Azərbaycan Milli Ordusunun giziri Vüqar Sadıqovun dəfn mərasimi

Qeyd edək ki, şəhid V.Sadıqov ailəli olub və 3 övladı var. Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

Xəbər lenti
0