11:20 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
1110

Alınan məlumatlar, qeyd edildiyi kimi, COVID-19 peyvəndinin tətbiqindən sonra könüllülərin birinci və ikinci qruplarında immun reaksiyasının formalaşdığını göstərir.

BAKI, 10 iyul — Sputnik. Rusiya Müdafiə Nazirliyi və Qamaleya adına Milli Tədqiqat Mərkəzi koronavirus peyvəndinin klinik sınaqlarının yekun mərhələsinə başlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, testlər iyunun 18-də başlayıb. Doqquz könüllüyə vaksinin bir komponenti, digər doqquzuna isə ikinci komponenti verilib.

İyunun 23-də əlavə 20 könüllüyə də vaksin verilib. Daha sonra onlara vaksinin ikinci komponenti veriləcək.

Nəzarət analizləri verildikdən sonra iyulun 15-də birinci qrup buraxılacaq, onlar xidmət yerlərinə qayıdacaqlar. İndi onların vəziyyəti yaxşıdır, mənfi reaksiyalar və ya arzuolunmaz hallarla bağlı şikayət yoxdur.

İyulun 13-də ikinci könüllülər qrupuna ikinci komponent veriləcək ki, bu da immunitetin möhkəmlənməsinə kömək etməlidir.

Alınan məlumatlar, qeyd edildiyi kimi, COVID-19 peyvəndinin tətbiqindən sonra könüllülərin birinci və ikinci qruplarında immun reaksiyasının formalaşdığını göstərir.

Əsas mövzular