Müəllimlər üçün müsabiqə başlayır

© AR Ministry of EducationВ одной из бакинских школ, фото из архива
В одной из бакинских школ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Test mərhələsinin bir neçə şəhər və rayonda, fərqli məkanlarda, müvafiq sanitar-epidemioloji tələblərə riayət olunmaqla keçirilməsi planlaşdırılır.

BAKI, 10 iyul — Sputnik. 2020-2021-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbulu növbəti həftədən başlayacaq.

Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu il müsabiqənin test mərhələsinin ölkənin bir neçə şəhər və rayonlarında, fərqli məkanlarda, müvafiq sanitar-epidemioloji tələblərə riayət olunmaqla keçirilməsi planlaşdırılır.

Xəbər lenti
0