04:28 05 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
21 0 0

İngiltərədə yaşayan müğənni Emiliya Yaqubova İlqar Xəyalın məşhur kompozisiyasını yeni aranjimanda ifa edib.

BAKI, 30 iyun — Sputnik, Kəmalə Əliyeva. "Səs Azərbaycan" layihəsinin və "Böyük İpək Yolunda Ulduzunu Tap" beynəlxalq musiqi müsabiqəsinin qalibi Emiliya Yaqubova "Tufanla Oynama" adlı məşhur mahnını yeni versiyada təqdim edib.

Bu barədə Sputnik Azərbaycan-a müğənninin özü məlumat verib.

İfaçı ailə qurandan sonra İngiltərəyə köçsə də, yaradıcılıqla məşğul olmağı dayandırmayıb. Yaqubova yeni kompozisiyalar yazmaqda və azarkeşləri sevindirməkdə davam edir.

İfaçı İlqar Xəyalın repertuarından ən çox sevdiyi mahnılardan birini oxuyub. Kompozisiyaya musiqini Mikayıl Vəkilov, sözləri isə Mirvari Dilbazi yazıb. Aranjimanı Tural Yusubov edib. Yaqubovanın ifası dinləyicilərin çox xoşuna gəlib və ona təşəkkür ediblər.

İlqar Xəyalın ifasında kompozisiyanın orijinal versiyasını da sizin diqqətinizə təqdim edirik.

Emiliya Yaqubova uzun müddət tanınmış "Həzz Band" musiqi qrupunun solistlərindən biri olub. Qrupun rəhbəri Azərbaycanın Əməkdar artisti Rəşad Haşımovdur.

Kollektivdən ayrılan müğənni solo karyerasına başlayıb və müxtəlif janrlarda mahnılar ifa edib. O, 2016-cı ildə "Səs Azərbaycan" musiqi müsabiqəsində iştirak edib və birinci yeri tutub. Emiliya hal-hazırda solo karyerası ilə məşğuldur.

Müğənni 2018-ci ildə Batumidə keçirilmiş "Böyük İpək Yolunda Ulduzunu Tap" beynəlxalq musiqi müsabiqəsinin qalibi olub.

Əsas mövzular