06:49 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
11 0 0

Bir sutka ərzində Rusiyada 7113 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Hazırda dünyada virusa yoluxanların sayı 9,4 milyonu keçib

BAKI, 25 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 7113 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 92 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 613994-ə çatıb. Rusiyada pandemiya yayılandan 8605 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 6342 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 375164 mini keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 9,4 milyonu keçib, 482 mindən çox adam isə virus səbəbilə ölüb.

Əsas mövzular