13:03 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
13330

Azərbaycanlı rəssam, ipək üzərində Quran kitabını yazması ilə tanınan Tünzalə Məmmədzadənin şöhrəti Argentinaya çatıb. O, bu ölkənin dini telekanalına yaradıcılığı və əsərləri ilə bağlı müsahibə verib.

BAKI, 25 iyun — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan rəssamı, Türkiyənin Marmara Universitetinin İncəsənət tarixi üzrə doktorantı Tünzalə Məmmədzadənin qızıl və gümüş rənglərlə şəffaf qara ipək üzərində yaratdığı "Quran"ın şöhrəti Argentinaya çatıb.

Rəsm ustasının Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu günlərdə Argentina telekanalının nümayəndəsi müsahibə almaq üçün onunla əlaqə saxlayıb. Məmmədzadə Argentinanın İslam Mərkəzi tərəfindən yaradılmış "El Cálamo" verilişinin qonağı oldu.

Müsahibə zamanı rəssam öz fəaliyyəti, yaradıcılığı və ən mühüm işlərindən biri olan Qurani–Kərimdən danışıb.

Məmmədzadə onu iki nüsxədə yaradıb. Birini Türkiyənin ən qədim universitetlərindən birinin 135 illik yubiley mərasimində iştirak edərkən, bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib, digərini isə xatirə olaraq özündə saxlayıb.

Məmmədzadə özünü Silk art (İpək sənəti) janrının banisi adlandırır.

Onun hazırladığı "Qurani Kərim" kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29x33 sm-dir. Kitabın hazırlanmasında 50 metr parça, 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.

Hazırda Türkiyədə yaşayan həmyerlimiz müqəddəs kitabı 3 il müddətinə hazırlayıb.

Şəkidə anadan olan Tünzalə Məmmədzadə Bakı Rəssamlıq Akademiyasını bitirib və hazırda Mərmərə Universitetində sənət tarixi üzrə doktorantura təhsili alır.

İpək "Quran"da adı keçən parça olduğundan, müəllif kitabı məhz ipək üzərində işləmək qərarına gəlib. O, bununla dünyada ilk və hələlik yeganə ipək kitabın müəllifi olub.

Əsas mövzular