14:20 12 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
10110

Rusiyalı akademik Vyaçeslav Şurşakov deyib ki, Yer bizim kosmik gəmimizdir, onda günəş işığından və qalaktik radiasiyadan qorunmaq üçün atmosfer və maqnit sahəsi var.

BAKI, 25 iyun — Sputnik. İnsanlar yüksək radiasiya və qalaktik şüalanma səbəbindən Ayda və Marsda yaşaya bilməzlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya Elmlər Akademiyasının Tibbi-bioloji problemlər İnstitutunun Pilotlaşdırılan kosmik uçuşların radiasiya təhlükəsizliyi şöbəsinin müdiri Vyaçeslav Şurşakov bildirib.

"Radiasiya baxımından, Günəş sistemində, Yerdən başqa, bəşəriyyətin həyatı üçün heç bir yerdə əlverişli sahələr yoxdur. Yer bizim kosmik gəmimizdir, bizdə günəş işığından və qalaktik radiasiyadan qorunmaq üçün atmosfer və maqnit sahəsi var", - deyə Şurşakov bildirib.

Onun sözlərinə görə, Ayda radiasiya yerdəki dozadan 400 dəfə çoxdur. "Marsda radiasiyanın dozası Aydan 1,5 dəfə azdır, həm də Marsda və Ayda galaktik kosmik radiasiya var ki, bu da insan sağlamlığına zərərli təsir göstərir", - deyə alim əlavə edib.

Kəşf olunan ekzoplanetlərdən (Günəş sistemindən kənar planetlərdən) bəhs edən Şurşakov qeyd edib ki, onlarda ilk növbədə maqnit sahəsi axtarmaq lazımdır: "Maqnitosfer qoruyucu ekran yaradır və əgər o yoxdursa, onda ekzoplanetlərin yaxınlığında olan ulduzlar canlı orqanizmlər üçün önəmli olan atmosferi güclü şəkildə pozacaq".

Əsas mövzular