16:26 07 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
XƏBƏRLƏR
Qısa URL
18700

Ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək

BAKI, 23 iyun — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 190 manat ödəmə ilə bağlı bəzi məqamlara aydınlıq gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, nazirliyin şöbə müdiri Fazil Talıbov xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar üzrə 190 manat ödəmə almış şəxslərə eyni məbləğdə birdəfəlik ödəmənin verilməsi ilə bağlı ən çox verilən sualları açıqlayıb.

Sual: Ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq?

Cavab: Bəli. Ödəmə zamanı faktiki yaşayış yeri nəzərə alınacaq. Bu zaman vətəndaşın aprel-may ayları üzrə birdəfəlik ödəmə almaq üçün onlayn müraciət edərkən qeyd etdiyi ünvan əsas götürüləcək.

Sual: Təkrar müraciətə ehtiyac var?

Cavab: Xeyr. Ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunacaq.

Əsas mövzular